Fransanın Azərbaycandakı səfiri Lənkəranda səfərdə olub - FOTOSESSİYA

Fransanın Azərbaycandakı səfiri Lənkəranda səfərdə olub - <span style="color: red;">FOTOSESSİYA
# 24 iyul 2015 13:35 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev-APA. Fransanın Azərbaycandakı səfiri Paskal Mönye iyulun 24-də Lənkərana səfər edib.

APA-nın cənub bürosunun xəbərinə görə, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının birinci müavini İlqar Dadaşov ona rayonunun özü, əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə, təhsil, səhiyyə və mədəniyyət sahəsində qazanılan uğurlar haqqında ətraflı məlumat verib.

Paskal Mönye Lənkərana səfərlərinin onda həmişə xoş təəssüratlar oyatdığını, Cənub bölgəsinə səfəri çərçivəsində dünən Lerik rayonunda olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın Fransanın strateji müttəfiqi olduğunu, Azərbaycanın 12 şəhərinin Fransanın şəhərləri ilə qardaşlaşdığını bildirib. Fransanın cənub regionunda yerləşən sahil şəhərlərindən biri ilə Lənkəranın qardaşlaşmasının məqsədəmüvafiq olduğunu söyləyən səfir Lənkəranın gözəl iqlimə, peyzaja, təbiət mənzərələrinə, ətirli çaya malik olduğunu vurğulayaraq, ikitərəfli əməkdaşlıq məsələlərinin zəruriliyindən söz açıb, həmçinin Lənkəranın böyük turizm potensialına malik olduğunu xüsusi qeyd edib.

Sonda səfirə yerli ustaların əl ilə toxuduğu Lənkəran xalçası hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR