"S&P": ARDNF Azərbaycan iqtisadiyyatı üçün əsas xarici valyuta mənbəyi olaraq qalır

"S&P": ARDNF Azərbaycan iqtisadiyyatı üçün əsas xarici valyuta mənbəyi olaraq qalır
# 30 yanvar 2017 13:12 (UTC +04:00)

2016-cı ilin II yarısında Azərbaycan iqtisadiyyatı zəif xarici iqtisadi şəraitlə uyğun olaraq korreksiya olunmaqda davam edib. Azərbaycan Mərkəzi Bankı 2015-ci ilin fevral və dekabr aylarında milli valyutanın devalvasiyasını həyata keçirdi. Buna baxmayaraq, tədiyyə balansına təzyiq yüksək olaraq qalır. "APA-Economics" xəbər verir ki, bu barədə "Standard & Poor's" ("S&P") beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.


"S&P"-nin hesablamalarına görə, cari əməliyyatlar balansının defisiti 2016-cı ildə ÜDM-in 3%-ni təşkil edib. Bu isə agentliyin analitiklərinin verdiyi proqnozdan (ÜDM-in 0,5%-i) çoxdur. "Biz Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının azalmasını müşahidə edirik. Bununla yanaşı, manatın zəifləməsi fonunda kommersiya banklarının aktivləri də azalmaqdadır. Bizim hesablamalarımıza görə, Mərkəzi Bankın ehtiyatları 10 illik minimum səviyyəyə enib. 2016-cı ilin sonuna tənzimləyicinin ehtiyatları 2014-cü ildəki 15 mlrd. dollardan 4 mlrd. dollara çatıb".

Ekspertlər qeyd edir ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ölkə iqtisadiyyatı üçün əsas xarici valyuta mənbəyi olaraq qalır.

Məlumatda həmçinin qeyd edilir ki, xərcləri daha aşağı səviyyəyə çatdıran hökumət bu addımı dövlət büdcəsindəki defisitdən çox, tədiyyə balansındakı vəziyyətə görə atıb: "Xarici iqtisadi amillərin artan təzyiqinin təsirini azaltmaq üçün hökumət xərclərin optimallaşdırılmasını daha sərt həyata keçirib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR