Ləğv prosesində olan 5 bankın 23 əmlakı ilk dəfə hərraca çıxarılır

Ləğv prosesində olan 5 bankın 23 əmlakı ilk dəfə hərraca çıxarılır
# 04 iyun 2018 09:22 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondu Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard” KB, “Texnikabank”, “Zaminbank”, “Royalbank” və “Bank of Azərbaycan” ASC-lərin balansında olan daşınar və daşınmaz əmlaklarını 63 lot üzrə satışa çıxarır.

Bu barədə "APA-Economics"ə Fonddan məlumat verilib.

"23 lot üzrə əmlak birinci dəfə hərraca çıxarılır, 16 lot üzrə - ikinci dəfə, 14 lot üzrə - üçüncü dəfə, 10 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, hərraclar 11 iyun, 25 iyun və 2 iyul 2018-ci il tarixlərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR