Yağış davam edəcək, bəzi yerlərdə intensiv olacaq

Yağış davam edəcək, bəzi yerlərdə intensiv olacaq
# 25 oktyabr 2016 11:21 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bakı və Abşeron yarımadasında oktyabrın 26-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 6-8° isti, gündüz 9-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət 85-95 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 28-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 4-9° isti, gündüz 9-13° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 1-6° isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR