DGK sədri Ağstafada vətəndaşları qəbul edib

DGK sədri Ağstafada vətəndaşları qəbul edib
# 02 mart 2017 09:35 (UTC +04:00)

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

DGK Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, qəbulda bölgədə yerləşən - Ağstafa, Tovuz, Qazax və Gədəbəy rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.


Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR