İngiltərədə silahlı şəxs tərəfindən girov götürülən 2 nəfər azad edilib - YENİLƏNİB

İngiltərədə silahlı şəxs tərəfindən girov götürülən 2 nəfər azad edilib - <span style="color: red;">YENİLƏNİB
# 22 oktyabr 2017 20:51 (UTC +04:00)

İngiltərə polisinin Naniton şəhərində həyata keçirdiyi əməliyyat nəticəsində silahlı şəxs tərəfindən “Bermuda-Park” əyləncə mərkəzində girov götürülən 2 nəfər azad edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insidentlə əlaqədar bir nəfər saxlanılıb, daha bir nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hadisənin terrorla əlaqəli olmadığı qeyd edilir.

***

19:31

Bu gün silahlı şəxs İngiltərədə əyləncə klubunda insanları girov götürüb.

APA-nın “The Daily Mirror” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Uorkşir qraflığının Naniton şəhərində baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları artıq hadisə yerindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR