Masallı dağlarında qeydə alınan yanğın söndürülüb - YENİLƏNİB

Masallı dağlarında qeydə alınan yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 10 avqust 2017 14:51 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Masallı dağlarında baş verən yanğınla bağlı məlumat açıqlayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Masallı rayonunun Xanalıyan kəndində dağlıq ərazidə müşahidə olunan yanğın Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində saat 16:11-də söndürülüb.

Ətraflı məlumat veriləcək.

***

15:11

Masallı dağlarında yanğın başlayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 9-da Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Masallı rayonunun Xanalıyan kəndində dağlıq ərazidə yanğın müşahidə olunur.

Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində 10 avqust 2017-ci il tarixində saat 10:50-də yanğın məhdudlaşdırılıb.

Yanğının söndürülməsi üçün işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR