Bank Of Baku

Moskva vilayətində qəzaya uğrayan hərbi təyyarənin pilotu Rusiya Qəhrəmanı olub

İl-112V hərbi nəqliyyat təyyarəsi

© APA | İl-112V hərbi nəqliyyat təyyarəsi

# 17 avqust 2021 14:01 (UTC +04:00)

Moskva vilayətinin Kubinka aerodromu yaxınlığında qəzaya uğrayan İl-112V hərbi nəqliyyat təyyarəsinin ekipaj komandiri Rusiya Qəhrəmanı Nikolay Kuimov olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə TASS-a Birləşmiş Aviainşaat Korporasiyasının mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, bu gün Moskva vilayətinin Kubinka aerodromu yaxınlığında meşə zolağında İl-112V hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarədə olan üç ekipaj üzvü həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR