Samsunq şirkətinin baş ofisində növbəti axtarış aparılıb

Samsunq şirkətinin baş ofisində növbəti axtarış aparılıb
# 23 noyabr 2016 20:50 (UTC +04:00)

Seulda Samsunq Electronics şirkətinin baş ofisində və Dövlət təqaüd fondunda axtarış aparılıb.

APA-nın ““Rönhap” agentliyinə istinadən verdiyi xəbərə görə, axtarışın prezident Pak Kın He və onun rəfiqəsi Çxve Sun Sil ətrafında baş verən qalmaqalla əlaqədar olduğu bildirilir.

Prokurorluq prezident təqaüd fonduna Samsunqu dəstəkləmək barədə təzyiq göstərib-göstərmədiyini araşdırır. Axtarış zamanı sərt disklər, mobil telefonlar və müxtəlif sənədlər müsadirə olunub. Bu, Samsunqun baş ofisində keçirilən sayca 3-cü axtarışdır.

Qeyd edək ki, Çxve Sun Sil prezidentlə olan yaxın münasibətləri sayəsində dövlət işlərinə müdaxilədə şübhəli bilinir. Bununla əlaqədar Cənubi Koreyada kütləvi etirazlar keçirilir və dövlət başçısının istefası tələb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR