Avrozonada son 7 ilin ən aşağı iqtisadi artım tempi qeydə alınıb

Avrozonada son 7 ilin ən aşağı iqtisadi artım tempi qeydə alınıb
# 01 fevral 2020 14:01 (UTC +04:00)

Avrozonada 2019-cu ilin axırıncı rübündə ÜDM-ın artım templəri III rübə il müqayisədə 0,1% artıb və bu rüblük artım üzrə son 7 ilin ən aşağı göstəricidir.

"APA-Economics"in “Eurostat”ın yeni hesabatına istinadən verdiyi məlumata görə, 2018-ci ilin eyni dövrü ilə müqayisədə ötən ilin sonuncu rübündə ÜDM 1% artıb.

Qeydə alınan aşağı tempin əsas səbəbi kimi, Fransa və İtaliyadakı proqnozların əksinə baş vermiş tənəzzüllər göstərilir. Sözügedən ölkələrdə 2019-cu ilin axırıncı rübündə iqtisadi artım tempi III rüb ilə müqayisədə müvafiq olaraq 0,1% və 0,3% azalıb.

Qeyd edək ki, Fransa və İtaliya müvafiq olaraq 2016-cı və 2013-cü illərdən bu yana ilk dəfədir ki, mənfi iqtisadi artım tempi göstəricisi ilə üzləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR