Şəmkirdə qadın iş yerində döyülüb

Şəmkirdə qadın iş yerində döyülüb
# 21 noyabr 2016 18:31 (UTC +04:00)

Şəmkirdə döyülmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Ağ ev qəsəbəsində kirayədə yaşayan 1990-cı il təvəllüdlü Azima Əliyeva qabırğaların sınığı diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının dediyinə görə, o, işlədiyi yeməkxananın müdiri tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR