FHN dənizdə batmaq təhlükəsi ilə üzləşən yeddi nəfəri xilas edib

FHN dənizdə batmaq təhlükəsi ilə üzləşən yeddi nəfəri xilas edib
# 23 avqust 2016 13:56 (UTC +04:00)

Bakı - APA. Bakının Xəzər rayonunda 4 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Bakının Sabunçu rayonunda isə 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Xəzər rayonunda da 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR