Dünyanın ən nəhəng pensiya fondu III rübdə 64 mlrd. dollar itirib

Dünyanın ən nəhəng pensiya fondu III rübdə 64 mlrd. dollar itirib
# 30 noyabr 2015 12:29 (UTC +04:00)

Bakı - APA-Economics. Dünyanın ən nəhəng pensiya fondu olan "Government Pension Investment Fund" (GPIF) cari ilin III rübündə 7,9 trln. yen və ya 64 mlrd. dollar itirib.

"APA-Economics"in "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə fondun hesabatında qeyd edilib.

Ümumilikdə fondun həcmi üç rüb ərzində 5,6% azalıb ki, bu, 2008-ci ilin aprelindən etibarən ən aşağı göstəricidir.

Fondun göstəricilərinin pisləşməsinə Çin iqtisadiyyatında baş verən neqativ proseslər, o cümlədən Yaponiyanın milli valyutası olan yenin məzənnəsinin möhkəmlənməsi səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR