İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxslər saxlanılıb

İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxslər saxlanılıb
# 16 oktyabr 2015 08:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İrandan Azərbaycana narkotik vasitələrin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Cavad Xəlilovun üzərində şəxsi yoxlama zamanı onun şalvarının bel kəmərinin altından 2 ədəd bağlamada, ümumi xalis çəkisi 170,807 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.

İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Valeh Bayramovun üzərində şəxsi yoxlama zamanı isə onun şalvarının cibində 8 ədəd həb şəklində, təsiredici maddəsinin xalis çəkisi 0,160 qram təşkil edən və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxil olan "Metadone-20" adlı dərman preparatı aşkar edilib.

Hər iki faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR