Gədəbəydə avtomobil aşıb, 41 yaşlı sürücü ölüb

Gədəbəydə avtomobil aşıb, 41 yaşlı sürücü ölüb
# 27 noyabr 2015 11:50 (UTC +04:00)

Gədəbəy. Azər Məmmədli – APA. Gədəbəydə sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir-Gədəbəy avtomobil yolunda Qaramurad kənd sakini, 1974-cü il təvəllüdlü Əlövsət Abdullayevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil aşırıb. Nəticədə Ə. Abdullayev qapalı kəllə beyin travması və döş qəfəsinin küt travması xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR