Gəncədə ev yanıb, bir nəfər xəstəxanaya yerləşdirilib

Gəncədə ev yanıb, bir nəfər xəstəxanaya yerləşdirilib
# 13 dekabr 2015 01:50 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə yanğın olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şahsevənlər küçəsi ev 81-də qeydə alınıb. Yaşayış evinin mətbəxində baş verən yanğın zamanı 15 kvadratmetr sahəsi olan mətbəxin tavan hissə yanaraq yararsız hala düşüb. Əraziyə Gəncə Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Tez bir zamanda alov söndürülüb. Ev sahibi, 1959-cu il təvəllüdlü Əlağa Səlimov yanğın zamanı xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona yuxarı ətrafın 2-ci dərəcəli yanğını diaqnozu qoyulub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Ə. Səlimov yanğın başlayan zaman söndürmək istəyərkən yandığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR