Sentyabrda beynəlxalq sığorta müqavilələri üzrə 82 min manatdan çox sığorta haqqı toplanıb

Sentyabrda beynəlxalq sığorta müqavilələri üzrə 82 min manatdan çox sığorta haqqı toplanıb
# 03 oktyabr 2016 07:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Sentyabr ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 1 351 beynəlxalq sığorta müqaviləsi bağlanılıb.

İcbari Sığorta Bürosundan “APA-Economics”Ə verilən məlumata görə, bu müqavilələrdən 916 müqavilə Türkiyə və İrana, 379 müqavilə isə Rusiya, Moldova və Ukraynaya, 56 müqavilə isə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub.

Sentyabr ayında beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 82 167 manat təşkil edib. Yaşıl kart üzrə bağlanılan müqavilələrin 1188-i minik, 88-i yük, 68-i qoşqu, 6-sı avtobus, 1-i isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR