Azərbaycan yarım milyon manat vergi borcu olan tikinti şirkətinin rəhbərini beynəlxalq axtarışa verib

Azərbaycan yarım milyon manat vergi borcu olan tikinti şirkətinin rəhbərini beynəlxalq axtarışa verib
# 22 sentyabr 2015 08:48 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1968-ci il təvəllüdlü Kazımov Azər Əkbər oğlu Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir.

A.Kazımov ölkədən qaçdığı üçün Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində həbsli axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

APA-nın əldə etdiyi məlumata görə, A. Kazımov “MST Tikinti-Quraşdırma” MMC-nin rəhbəri olub. Onun vergi borcu 500 min manata yaxın olub və vəsaiti ödəyə bilmədiyi üçün ölkədən qaçıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR