“ExpressPay” elektron pul kisəsini təqdim edir

“ExpressPay” elektron pul kisəsini təqdim edir
# 14 yanvar 2016 08:11 (UTC +04:00)

Bakı - APA-Economics. “ExpressPay” ödəniş sistemi üzrə Azərbaycanda elektron pul kisəsi istifadəyə verilib.

“Expressbank”dan “APA-Economics”ə verilən məlumata görə, “ExpressPay” pul kisəsi ilə istifadəçilər günün istənilən saatı mobil telefonları vasitəsi ilə ödəniş edə, həmçinin pul köçürmələri həyata keçirə bilərlər. Bunun üçün telefona “ExpressPay” mobil applikasiyasını yükləmək (Android və iOS əməliyyat sistemləri) və “ExpressPay” terminalları vasitəsi ilə hesaba vəsait yerləşdirmək kifayətdir.

“ExpressPay” pul kisəsində avtomatik ödənişlərin və ödənişlər şablonunu yaratmaq da mümkündür. Bundan əlavə aparılmış ödənişlərin tarixçəsi, eləcə də hər əməliyyat üzrə qəbzi görmək və ya elektron ünvana göndərmək mümkündür.

Pul kisəsi vasitəsi ilə hazırda “Expressbank”a aid ödənişlər (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), “EmbaFinans” (“Embawood” və “Madeyra” mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, “Nikoil Bank”, “PAŞA Sığorta”, Bakı taksi, mobil operatorlar, kommunal/rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, İnternet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər üzrə ödənişləri həyata keçirmək mümkündür.

“ExpressPay” ödəniş terminalları üzrə müştəri xidmətini artırmaq məqsədilə “Qaynar xətt” xidməti yaradılıb. Artıq müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 5000 132 nömrəsinə zəng vura və ya “WhatsApp” vasitəsilə mesaj yaza bilərlər.

“Expressbank”ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS-terminal və 400-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR