O`Donnel: “Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə, böyük iş görür”

O`Donnel: “Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə, böyük iş görür”
# 11 mart 2016 08:39 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Azərbaycan dördüncü dəfə Qlobal Bakı Forumuna ev sahibliyi etməklə, çox böyük iş görür. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın müxtəlif yerlərindən insanları dəvət edərək bu təşəbbüsdə ön sıralarda durur”.

APA-nın xəbərinə görə, bu barədə Beynəlxalq və Avropa Məsələləri İnstitutunun üzvü (İnstitute of İnternational and European Affairs) Fransis Martin O`Donnell deyib.

O qeyd edib ki, dünyanın üzləşdiyi çağırışları müzakirə etmək üçün bir araya gəlmək vacibdir: “Dialoq, əməkdaşlıq, bu tipli görüşlərdə aparılan fikir mübadiləsi problemlərin həlli yollarının tapılmasına və çoxtərəfli əməkdaşlıqda etimada gətirib çıxara bilər”.

F. O`Donnelin sözlərinə görə, bu tipli forumlar beynəlxalq çağırışlara qarşı mübarizədə nailiyyətlərin əldə edilməsinə yardım edə bilər. “Biz anlamaya başlayırıq ki, yaranmış situasiyaları başqa formada həll etmək mümkün deyil. Yalnız bir-birimizi dinləyərək, müzakirə edərək hansısa təşəbbüslər əldə edə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR