Masallıda 17 yaşlı oğlan intihar edib

Masallıda 17 yaşlı oğlan intihar edib
# 01 sentyabr 2016 12:22 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Masallıda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Ərəb kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Qismət Qasımov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR