Xaçmazda küçədə qadın meyiti tapılıb - YENİLƏNİB

Xaçmazda küçədə qadın meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 24 yanvar 2016 20:50 (UTC +04:00)

Xaşmaz. Vəli Turan-APA. Xaçmaz şəhərində qadın meyiti tapılıb.

APA -nın şimal bürosunun verdiyi məlumata görə, ilkin araşdırma zamanı meyitin 1967-ci il təvəllüdlü Xaçmaz şəhər sakini Şıxnebiyeva Ziyafət Sabir qızı olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

***

20:58

Xaçmaz. Vəli Turan-APA. Xaçmaz şəhərində qadın meyiti tapılıb.

APA -nın şimal bürosunun verdiyi məlumata görə, şəhərin Bakı prospektində aşkar edilmiş 35 -40 yaşlı qadın cəsədinin şəxsiyyəti hələ ki məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Ölümün səbəbi ekspertizanın nəticələrindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR