Səfir: “Azərbaycanla Latviya əlaqələri yüksək səviyyədədir"

Səfir:  “Azərbaycanla Latviya əlaqələri yüksək səviyyədədir"
# 25 noyabr 2015 14:36 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycanla Latviya arasında yüksək səviyyədə qarşılıqlı əlaqələr mövcuddur".

APA-nın məlumatına görə, bunu Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs deyib. Onun sözlərinə görə, iki ölkə arasında siyasi əlaqələr də yüksək səviyyədədir və bu, dəfələrlə görüşlərdə xatırlanıb: "Bu digər sahələrin, o cümlədən iqtisadi əlaqələrin inkişafına təkan verir. Bir qədər əvvəl Latviyada xarici ölkələrdəki səfirlərlə görüş zamanı deyilib ki, fəaliyyətimizin 60 faizi iqtisadi sahələrdə münasibətlərin inkişafına yönəlməlidir. Üç həftə sonra bu gün burada biznes forum keçirdik. Tədbirdə Latviyadan müxtəlif sahələri əhatə edən 28 şirkət iştirak edib. Biz gələcək əməkdaşlığa təkan və stimul verəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR