Ötən ay bahalaşan kənd təsərrüfatı məhsullarının siyahısı açıqlanıb

Ötən ay bahalaşan kənd təsərrüfatı məhsullarının siyahısı açıqlanıb
# 13 yanvar 2016 10:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2015-ci ilin dekabr ayında Azərbaycanda bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,6%, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,2% bahalaşıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4% bahalaşıb.

Ay ərzində bitkiçilik məhsullarından xurmanın və kələmin istehsalçı qiymətləri ucuzlaşıb, narın, heyvanın, xiyarın, şabalıdın, qozun, fındığın, armudun, almanın, pomidorun, sarımsağın, soğanın, quru otun isə istehsalçı qiymətləri bahalaşıb.

Digər bitkiçilik məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Heyvandarlıq məhsullarından südün və yumurtanın istehsalçı qiymətləri bahalaşıb, ev quşlarının, mal və qoyun ətinin isə istehsalçı qiymətləri ucuzlaşıb, digərlərinin isə qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR