Türkiyə İraqın şimalında hərbi düşərgə salıb

Türkiyə İraqın şimalında hərbi düşərgə salıb
# 04 dekabr 2015 23:23 (UTC +04:00)

Bakı-APA. Türkiyə hərbçiləri İraqın Mosul şəhəri yaxınlığında hərbi təlim düşərgəsi salıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə hərbi mənbələrdən məlumat verilib

Hərbçilərin dəqiq sayı barədə məlumat verilmir.

Hadisəni şərh edən Pentaqon nümayəndəsi Reuters-ə bildirib ki, Türkiyə İraqda terrorçularla mübarizə aparan beynəlxalq koalisiyadan ayrı hərəkət edir.

Qeyd edək ki, Mosul şəhəri 2014-cü ilin iyunundan İŞİD terror qruplaşmasının nəzarəti altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR