Şamaxı Rayon Təhsil Şöbəsi baş vermiş qalmaqalla bağlı açıqlama yayıb

Şamaxı Rayon Təhsil Şöbəsi baş vermiş qalmaqalla bağlı açıqlama yayıb
# 13 may 2016 15:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Şamaxı Rayon Təhsil Şöbəsi Şamaxı rayonunda kənd orta məktəbindəki hadisə ilə bağlı rəsmi açıqlama yayıb.

Təhsil Şöbəsindən APA-ya verilən xəbərə görə, adı mətbuatda hallanan, şərti adı A.olan şəxs Pirbəhli kənd 9 illik kənd ümum orta məktəbindən 2015-ci ildə məzun olub. O, Şamaxı rayonunun ümumi təhsil müəssisələrinin heç birində təhsilini davam etdirmir. Bu hadisədə adı çəkilən Pirbəhli kənd ümumi orta məktəbinin müəllimi Elnur İbrahimov isə 2016-cı il aprelin 1-dən üzrlü səbəb olmadan pedaqoji fəaliyyətinə ara verib. Bu səbəbdən cari ilin may ayının 3-dən məktəbin Pedaqoji Şurasının qərarı ilə Əmək Məcəlləsinin 70- ci maddəsinin “Ç” bəndinə əsasən Elnur İbrahimovla bağlanan əmək müqaviləsinə xitam verilib.

Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR