Bakı və Şəki sakinlərindən avtomat və tüfənglər götürülüb

Bakı və Şəki sakinlərindən avtomat və tüfənglər götürülüb
# 01 oktyabr 2016 10:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı və Şəki sakinlərindən odlu silah götürülüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayon 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərahim Qasımovdan “AKM” markalı silah, patron darağı və 48 ədəd patron, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Baş Göynük kənd sakinləri Vaqif Qarabəyovdan “TOZ-16” və Çingiz Umarovdan isə “İJ-28” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri müsadirə olunub.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR