Goranboyda avtomobil 25 yaşlı piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Goranboyda avtomobil 25 yaşlı piyadanı vuraraq öldürüb - <span style="color: red;">YENİLƏNİB
# 28 noyabr 2015 18:08 (UTC +04:00)

Goranboy. Azər Məmmədli – APA. Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində “Opel Omega” markalı avtomobil yolu keçmək istəyən Samux rayonunun Alıuşağı kənd sakini 1990-cı il təvəllüdlü Həsənov Həsən Qulu oğlunu vurub. Piyada Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR