Bakı – APA. Ermənistan parlamenti Rusiya ilə hava hücumundan müdafiə birləşmiş regional sisteminin yaradılması haqqında sazişi ratifikasiya edib.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, sənədin lehinə 102, əleyhinə isə 8 deputat səs verib.
Qeyd edək ki, sözügedən saziş qərbyönümlü siyasi dairələrin və qeyri-hökumət təşkilatlarının mənfi reaksiyasına səbəb olub. Onlar bunu ölkə suverenliyinə vurulan sonuncu zərbə kimi qiymətləndiriblər.