Ukraynada bankda partlayış baş verib

Ukraynada bankda partlayış baş verib
# 13 sentyabr 2016 01:50 (UTC +04:00)

Bakı-APA. Bu gecə Ukraynanın Xerson şəhərində “Pivdenniy” bankında güclü partlayış baş verib.

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, hadisə yerinə polis və yanğınsöndürənlər cəlb edilib.

İnsidentin başvermə səbəbləri və zərərçəkənlər barədə hələ ki, məlumat verilmir.

Xatırladaq ki, avqustun 16-da Lvovda “Privatbankın” bankomatı partladılıb, iyulda isə Xarkov vilayətində eyni adlı bankın inkassator avtomobilinə hücum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR