Gəncədə yaşayış evində yanğın olub

Gəncədə yaşayış evində yanğın olub
# 14 iyun 2016 16:07 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə yaşayış evində yanğın baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospekti 2-ci dalanda yerləşən 3 otaqlı evdə qeydə alınıb.

Yanğının mənzildə qaz sızmasından yarandığı ehtimal edilir. Hadisə yerinə Gəncə Yanğından Mühafizə Hissəsinin 4 avtomobili və canlı qüvvəsi cəlb olunub. Alov tez bir zamanda söndürülüb. Yanğın 120 kvadratmetr sahəsi olan evin 2 otaq və bir aynabəndini yararsız hala salıb. Bir otaq isə alovdan qorunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR