Erməni təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan hərbçiləri dəfn edilib - YENİLƏNİB

Erməni təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan hərbçiləri dəfn edilib - <span style="color: red;">YENİLƏNİB
# 28 mart 2016 11:08 (UTC +04:00)

Yevlax. Ziya Əmirxanlı - APA. Dünən Qazax rayonu istiqamətində Ermənistanın təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun əsgəri Qəfarəli İntiqam oğlu Hacıyev dəfn edilib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, 1997-ci il təvəllüdlü əsgər doğulduğu Yevlax rayonunun Qaraoğlan kənd məzarlığında torpağa tapşırılıb.

Mərasimdə Yevlax İcra Hakimiyyətinin rəsmiləri, rayon Hərbi Komissarlığının əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri iştirak edib.

Qeyd edək ki, martın 27-də ermənilər Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə soxulmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilib və qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. Sərhəddə baş verən döyüş toqquşmasında Silahlı Qüvvələrin zabiti, leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Qəfərəli İntiqam oğlu Hacıyev şəhid olublar.

***

11:57

Lənkəran. Ağəddin Babayev - APA. Ötən gün Azərbaycan - Ermənistan sərhədinin Qazax rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun zabiti Qalib Laim oğlu Zülfüqarlı dəfn edilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Qalib Laim oğlu Zülfüqarlı bu gün doğulduğu Lənkəran rayonunun Vilvan kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində kənd sakinləri, rayonun icra strukturlarının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.

Əsgərlərin yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR