Beyləqanda inzibati bina, Bakıda avtomobil yanıb

Beyləqanda inzibati bina, Bakıda avtomobil yanıb
# 26 may 2016 07:03 (UTC +04:00)

Bakı-APA. Bu gün Beyləqan rayonu, Milabad kəndində (rayon mərkəzindən 18 km aralı) ümumi sahəsi 25 kv.m olan birmərtəbəli inzibati binanın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, seyf və qiymətli kağızlar yanğından mühafizə olunub. Yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ötən gün isə Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR