“Azərelektromaş” Elmi-İstehsalat Birliyinin sabiq direktoru vəfat edib

“Azərelektromaş” Elmi-İstehsalat Birliyinin sabiq direktoru vəfat edib
# 04 iyun 2016 13:13 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Azərelektromaş” Elmi-İstehsalat Birliyinin keçmiş baş direktoru, Azərbaycan SSR Dövlət mükafatı laureatı Elman Əliverdiyev vəfat edib.

Bu barədə APA-ya mərhumun oğlu Elnur Əliverdiyev məlumat verib.

Qeyd edək ki, E. Əliverdiyev “Bakelektroştamp” zavodunda baş mühəndis müavini (1976-1982), “Azərelektromaş” İstehsalat Birliyinin baş mühəndisi (1982-1986), “Azərelektromaş” Elmi-İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə elektronika sənayesində yüksək davamlı ştampların və press qəliblərinin hazırlanması, elektrik mühərriklərin, emallı mis məftillərin istehsalı sahəsində uğur əldə edilib. Üç ixtiranın, səmərələşdirici təklifin müəllifidir. Beş sənaye nümunəsinə, o cümlədən vibrasiya ilə işləyən nasosların konstruksiyasına görə müəlliflik şəhadətnaməsi alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR