Əmanətləri "Parabank"da yerləşdirmək daha sərfəli olub

Əmanətləri "Parabank"da yerləşdirmək daha sərfəli olub
# 19 yanvar 2016 06:47 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Parabank” əmanət yerləşdirmək istəyən hər kəsi banka dəvət edir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, "İmkanlarımız sərhədsizdir" əmanət məhsulu bilavasitə əmanətçilərin vəsaitlərinin artırılması üçün ən gözəl imkanları yaradır.

Bu sərhədsiz imkanlar əmanətçilərə illik 14,5% həcmində əmanət yerləşdirmək imkanı verir. Əmanətin yerləşdirilməsi və illik faiz şərtləri aşağıdakı kimidir: faizlər aylıq, rüblük, illik və ya müqavilədə nəzərdə tutulmuş müddətin sonunda hesablanaraq verilir. Bu müddətlər müqavilənin şərtlərində nəzərdə tutulur. Hər bir halda faizlərin qabaqcadan ödənilməsi maksimum 1 ilədək dövr üçün aparıla bilər.

Əmanətin 70%-i həcminədək kredit əmanətin girovu şərti ilə verilir və odur ki, həmin əmanətlərə hesablanmış faizlər əmanətin ilkin məbləğindən çıxılır. Əmanətin maksimum məbləği 500 min manat yuxarı olduqda isə onun qəbul edilməsi aktivlərin və passivlərin idarəedilməsi komitəsində baxılır. Yalnız bir ildən az olmamaq şərti ilə yerləşdirilmiş əmanətlərə Visa kartlar verilir. Müqaviləsinin şərtləri pozaraq əmanətçi, vaxtından əvvəl əmanətini tam və ya qismən götürərsə, əmanətlər 2% tarifi ilə yenidən hesablanır və həmin vaxtadək hesablanmış faizlər əmanətindən tutulur. Plastik kartı olan əmanətçilərə əmanətlərinə hesablanmış faizlər plastik kart vasitəsi ilə ödənilir.

“Parabank” sizi düşünən, sizə yaxın olan dost bankdır. Əmanətlərinizi “Parabank”da yerləşdirin, sərhədsiz imkanlara siz də sahib olun!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR