Tovuzda 6 yaşlı uşaq yanıq xəsarətləri alıb

Tovuzda 6 yaşlı uşaq yanıq xəsarətləri alıb
# 27 yanvar 2017 15:13 (UTC +04:00)

Tovuz rayonunda 6 yaşlı uşaq yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 2011-ci il təvəllüdlü Məmmədov Nahid Rasim oğluna Tovuz Mərkəzi Rayon Xəstəxanasında 2-ci dərəcəli yanıq xəsarəti diaqnozu qoyulub.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Yaxınlarının bildirdiyinə görə, uşaq üzərinə çaynikdə olan çayı dağıdıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR