Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Beynəlxalq Sülh gününə həsr olunmuş tədbir keçirib - FOTOSESSİYA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Beynəlxalq Sülh gününə həsr olunmuş tədbir keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 10 sentyabr 2015 13:27 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində sentyabr 21-də Beynəlxalq Sülh gününə həsr olunmuş “Dünyamızı qoruyaq” adlı tədbir keçirilib.

ƏƏSMN-dən “APA-Economics”ə verilən xəbərə görə, tədbirdə ƏƏSMN-nin əməkdaşları, əlil ictimai birliklərinin və ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev BMT tərəfindən Beynəlxalq Sülh gününün təsis olunması tarixindən bəhs edərək, artıq 35 ilə yaxındır ki, dünya əhalisi tərəfindən bu günün qeyd olunduğunu vurğulayıb.

Daha sonra ƏƏSMN-nin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin gənclərinin, eləcə də nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərinin, Müharibə və əmək əlilləri üçün pansionatın sakinlərinin sülh mövzusuna həsr olunmuş yaradıcılıq işlərindən ibarət “Biz sülh istəyirik” adlı sərgi və ədəbi-musiqili kompozisiya təqdim olunub. Sərgidə qeyd olunan mövzuda 200-dək əl işi nümayiş etdirilib.

Tədbir iştirakçıları Peşə Reabilitasiya Mərkəzində sağlamlıq imkanları məhdud gənclərin peşə hazırlığının təşkili, onların sosial reabilitasiyası üçün müasir tələblərə uyğun səviyyədə yaradılmış şəraitlə də yaxından tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR