Xaçmaz sakinini öldürüb meşədə basdıran şəxslərə hökm oxunub

Xaçmaz sakinini öldürüb meşədə basdıran şəxslərə hökm oxunub
# 25 fevral 2019 16:13 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda qətl törətməkdə təqsirləndirilən Şahin İmanov və Elburus Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki şəxs 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, məlum qətl hadisəsi ötən il iyunun 1-də Xaçmaz rayonun Əbilyatağı kəndi ərazisində baş verib. Xacmaz rayon sakini Ş.İmanovla E.Abdullayev Mirzağa Əzizovu qətlə yetirərək Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırıblar.

Hadisədən 10 gün sonra Ş.İmanov Xaçmaz rayon Polis Şöbəsinə könüllü gələrərək, E.Abdullayevlə hadisəsini törətdiyini etiraf edib. Xaçmaz Rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və basdırılmış kişi meyiti oradan çıxarılıb.

Cinayətdə şübhəli bilinən E.Abdullayev barəsində axtarış elan olunub, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR