Yunan deputat: “Seçki məntəqələrində polis yox idi”

Yunan deputat: “Seçki məntəqələrində polis yox idi”
# 11 aprel 2018 12:39 (UTC +04:00)

“Biz bu gün 20-dən çox seçki məntəqəsində olmuşuq. Günün erkən saatlarında seçici sayı çox deyildi. Seçicilər saat 9-dan sonra seçki məntəqəsinə gəlməyə başladılar və saat 10-dan sonra məntəqələrdə xeyli insan var idi”.

Bunu APA-ya prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən Yunanıstan Parlamentinin vitse-prezidenti Dimirtris Kamenos deyib.

Vitse-prezident qeyd edib ki, onlar rəsmi müşahidəçilər olaraq neytral mövqedən prosesi izləyir: “Hər şey həddindən artıq təmizdir. Bu təmizlikdən çox təsirləndik. Seçki məntəqələrinin çox hissəsi məktəblərdədir. Biz seçki prosesini izləyən veb-kameralar gördük. Bu, demokratik və açıq proseslər üçün çox əhəmiyyətlidir. İnsanlar çox sakit, işçilər yaxşı təhsilli idi. Onlar öz işlərini tam ciddiyyətlə icra edirdilər. Hər kəs nə etməli olduğunu bilirdi. Məntəqələrdə heç bir dava və ya anlaşılmazlıq baş verməyib. Avropa ilə müqayisədə proseslər daha sürətlə gedir. Avropada bu proseslər seçiciləri bir qədər yorur. Qeyd etməliyəm ki, seçki məntəqələrində polis yox idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR