EIA: OPEC və OPEC+ olkələri neft hasilatını gələn ilin sonunadək məhdudlaşdıra bilər

EIA: OPEC və OPEC+ olkələri neft hasilatını gələn ilin sonunadək məhdudlaşdıra bilər
# 15 yanvar 2020 10:18 (UTC +04:00)

ABŞ Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) proqnozlarına əsasən, OPEC və OPEC+ ölkələri 2021-ci ilin sonunadək hasilatı məhdudlaşdıracaq.

"APA-Economics"in EIA-a istinadən verdiyi məlumata görə, ötən ilin dekabrında Vyanada keçirilən OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik (1,2 mln. bareldən) 1,7 mln. barelə çatdırılıb.

Buna baxmayaraq EIA fərz edir ki, OPEC və OPEC+ ölkələri nisbi balanslaşdırılmış qlobal neft bazarlarına dəstək olmaq üçün 2020-ci və 2021-ci illər ərzində hasilatı məhdudlaşdıracaq.

Qeyd edək ki, dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni Razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR