Türkiyə millisinin futbolçusu “Kristal Pelas”a icarəyə verilib

Türkiyə millisinin futbolçusu “Kristal Pelas”a icarəyə verilib
# 10 yanvar 2020 17:51 (UTC +04:00)

Türkiyə milli komandasının futbolçusu Cenk Tosunun yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçu karyerasını İngiltərə təmsilçisi “Kristal Pelas”da davam etdirəcək.

Müqavilə ilə “Everton”a məxsus olan C.Tosun yeni komandasına icarəyə verilib. O, mövsümün sonunadək bu komandada çıxış edəcək.

Qeyd edək ki, türkiyəli cari mövsüm “Everton”da 8 oyun keçirib, 1 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR