Paşha Bank
Bank Of Baku

Yevlaxda qadın narkotik satışına görə tutulub

Yevlaxda qadın narkotik satışına görə tutulub
# 01 fevral 2022 18:40 (UTC +04:00)

Yevlax rayon sakinindən narkotik vasitələr aşkar edilərək götürülüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Həmidə Dərvişova saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə qablaşdırılmış metamfetamin, heroin və tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə H.Dərvişova barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Elgün Gəncimsoy

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR