Nazir müavini: "2018-2021-ci illərdə qeyri-neft sənayesi 7,3% artacaq"

Nazir müavini: "2018-2021-ci illərdə qeyri-neft sənayesi 7,3% artacaq"
# 13 noyabr 2017 08:45 (UTC +04:00)

"2018-2021-ci illərdə Azərbaycanda qeyri-neft sənayesi orta hesabla 7,3% artacağı proqnozlaşdırılır".


"APA-Economics"in məlumatına görə, bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Onun sözlərinə görə, gələn il aqrar sektor üzrə 6,2% artım proqnozlaşdırılır: "Növbəti 3 ildə isə aqrar sektor üzrə orta hesabla 6% artım proqnozlaşdırılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR