Sergey Lavrov: "Rusiya Suriyada nə Bəşər Əsədə, nə də başqa birinə üstünlük verir"

Sergey Lavrov: "Rusiya Suriyada nə Bəşər Əsədə, nə də başqa birinə üstünlük verir"
# 13 aprel 2017 08:14 (UTC +04:00)

Rusiya Suriyada nə prezident Bəşər Əsədə, nə də başqa birinə üstünlük verir.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ABŞ dövlət katibi Reks Tillersonla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qətnaməsində göstərildiyi kimi, bütün suriyalılar eyni masa arxasında oturmalı və danışmalıdırlar. “Bu suriyalılararası inklüziv dialoq olmalıdır”,- deyə rusiyalı nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR