Konqresmen: “Tramp Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çalışsa, sərt reaksiyamızla qarşılaşacaq”

Konqresmen: “Tramp Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çalışsa, sərt reaksiyamızla qarşılaşacaq”
# 02 yanvar 2017 08:43 (UTC +04:00)

“Donald Tramp Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çalışsa, Konqresin sərt reaksiyası ilə rastlaşacaq”.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ Konqresinin
Nümayəndələr Palatasının üzvü, demokrat Adam Şif deyib.

“Hesab edirik ki, daha çox işlər görülməlidir. Düşünmürük ki, görülən tədbirlər Rusiyanın durdurulması üçün kifayət edəcək. Buna görə də gələcəkdə hər iki partiya tərəfindən sanksiyaların gücləndirilməsinə istiqamətlənmiş dəstəyin şahidi olacaqsınız. Tramp sanksiyaların ləğvinə çalışsa , o zaman başda Lindsi Qrem və Con Makkeyn olmaqla, sanksiyalar tərəfdarı olan Konqresindəki respublikaçı və demokratlar əllərindən gələni edəcək ki, Rusiyaya qarşı ciddi sanksiyalar paketi qəbul edilsin”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR