Tovuz sakini ağır xəsarət alıb

Tovuz sakini ağır xəsarət alıb
# 06 avqust 2017 18:50 (UTC +04:00)

Tovuz sakini ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Tovuz şəhər sakini, 1977-ci il təvəllüdlü Əsgərov Vüqar üz-çənə nahiyyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir. V.Əsgərovun hansı şəraitdə xəsarət aldığı hələ ki, məlum deyil. Onun öz-özünə xəsarət yetirdiyi ehtimal olunur.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR