Gürcüstanda daha bir nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Gürcüstanda daha bir nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib
# 03 fevral 2020 21:38 (UTC +04:00)

Çindən Tbilisiyə qayıdan Gürcüstan vətəndaşı koronavirus şübhəsi ilə İnfeksiyon Xəstəliklər Xəstəxanasına yerləşdirilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə xəstəxananın direktoru Tengiz Tsersvadze bildirib.

Onun sözlərinə görə, həmin şəxs Çində işləyir və bu gün axşam saatlarında tranzit uçuş vasitəsi ilə Tbilisiyə qayıdıb. Hava limanında aşağı bədən temperaturu müşahidə edilsə də ona xəstəxanaya yerləşdirilməsi məsləhət bilinib.

T.Tsersvadze qeyd edib ki, həmin şəxsdə yoluxmanın simptomları olan yüksək hərarət və pnevmaniya müşahidə olunmayıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülənlərin sayı sonuncu şəxs daxil olmaqla 4 nəfərə çatıb. Onlardan ikisinin qan nümunələri analiz üçün Almaniyaya göndərilib və cavablarının sabah açıqlanacağı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR