“Avropa” hotelində qətl törətməkdə təqsirləndirilən şəxsin və onun dostunun məhkəməsi başlayıb

“Avropa” hotelində qətl törətməkdə təqsirləndirilən şəxsin və onun dostunun məhkəməsi başlayıb
# 01 sentyabr 2015 11:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Avropa” hotelində qətl hadisəsi törətməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırıq iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesdə təqsirləndirilən Mövlud Səfərovun vəkilinin cinayət işinə xitam verilməsi, onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə qaldırıdığı vəsatətlər müzakirə edilib. Məhkəmə vəsatətləri təmin etməyib. İş üzrə məhkəmənin baxış iclası sentyabrın 8-nə təyin olunub.

Qeyd edək ki, bu il aprelin 21-də hotelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A. Məmmədov aldığı bıçaq xəsarətdən hadisə yerində ölüb, R. Əfəndiyev isə xəstəxanaya yerləşdirilib və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

S. Quliyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 221-ci (xuliqanlıq), M. Səfərov isə 221-ci maddə üzrə təqsirləndirilir.

Onu da qeyd edək ki, öldürülən A. Məmmədov “Zaminbank”ın Nəsimi filialının müdiri vəzifəsində işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR