İşsizlikdən sığorta fondunun büdcəsi təsdiqlənib

İşsizlikdən sığorta fondunun büdcəsi təsdiqlənib
# 01 dekabr 2017 13:49 (UTC +04:00)

Bu gün Milli Məclisin plenar iclasında "İşsizlikdən sığorta fondunun 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi səsə qoyulub.


"APA-Economics" xəbər verir ki, millət vəkilləri qanun layihəsinin lehinə səs verərək qəbul ediblər.


Beləliklə, 2018-ci il üçün İşsizlikdən sığorta fondunun işəgötürən və işçi arasında paritet bölgü əsasında əmək haqlarının 1%-i hesabı ilə müəyyənləşdirilən sığorta haqlarından formalaşan büdcə gəlirləri 89 mln. manat məbləğində, o cümlədən büdcə sektoru üzrə 35,4 milyon manat, qeyri-büdcə sektoru üzrə 53,6 milyon manat məbləğində proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR