İsmayıllıda avtomobil elektrik dirəyinə çırpılıb, ölən və yaralanan var - YENİLƏNİB

İsmayıllıda avtomobil elektrik dirəyinə çırpılıb, ölən və yaralanan var - <span style="color: red;">YENİLƏNİB
# 19 yanvar 2017 21:20 (UTC +04:00)

İsmayıllı rayonunda ağır avtomobil qəzası baş verib, bir nəfər ölüb, bir nəfər xəsarət alıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saat 22:00 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunda, İsmayıllı şəhəri ərazisində qeydə alınıb.

İsmayıllı rayonu Diyallı kənd sakini 1994-cü il təvəllüdlü Nuğayev Seyran Bəhmən oğlu idarə etdiyi 31-BE-525 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Hadisə zamanı avtomobildə olan sərnişin, İsmayıllı rayonu Diyallı kənd sakini, 1994-cü il təvəllüdlü Şəmiyev Sənan Azər oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, Seyran Nuğayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR